AZ

Erməni nəşri: Rusiya Gümrüdəki hərbi aktivliyini artırmağa davam edir

BAKI, 26 iyul. TELEQRAF

Rusiya Ermənistan ərazisində yerləşən 102-ci Gümrü hərbi bazasına hərbi texnika və sursat danışmaqda davam edir.

Teleqraf xəbər verir ki, bu barədə "Hraparak" məlumat yayıb.

Qeyd olunub ki, hər gün hərbi yüklü bir neçə yük təyyarəsi bazaya enir.

"Bu təchizatların məqsədi naməlum olaraq qalır. Ermənistanın xarici siyasət kursu ilə bağlı Rusiya hakimiyyətinin sakitliyi, əslində, bu, bir görüntüdür. Bazanın gücləndirilməsi, görünür, regionda müxtəlif ssenarilərin inkişafı halında bir növ sığorta rolunu oynayır. Mənbələrin fikrincə, çətin ki, Ermənistan hakimiyyəti bu çatdırılmalardan xəbərsiz olsun. Lakin Ermənistan iqtidarı bu barədə açıq danışmağa cəsarət etmir", - deyə məlumatda qeyd olunub.

Seçilən
47
teleqraf.com

1Mənbələr