25 iyun 2025-ci il tarixində saat 15:00-da gömrük hərracı baş tutub.
Dövlətə məxsus retro avtomobillər özəlləşdirildi - SİYAHI
FED.az xəbər verir ki, hərraca iri həcmdə qarpız partiyası çıxarılıb. Hərrac üçün təqdim edilən qarpızın ümumi çəkisi 17 ton (17 000 kq) təşkil edib.
Qarpızların hər kiloqramının start qiyməti 0,27 manat olaraq müəyyən edilib. Məhsulun ümumi start qiyməti isə 4 590 manatdır.
Hərracda iştirak etmək istəyənlər üçün 5% beh məbləği 229,50 manat, iştirak haqqı isə 0,5% olmaqla 23 manat olaraq təyin olunmuşdu. Satışda olan bu partiya ilə maraqlanan şəxslər əlaqə üçün məhsulun təqdimatçısı Emin Xanbabayev (əlaqə nömrəsi: 0552997673) göstərilib.