AZ

“Gənclik Mall”da alıcını aldatdılar: Hansı cəzalar var?

Bakının tanınmış ticarət mərkəzlərindən biri olan “Gənclik Mall”da istehlakçı hüquqlarının pozulması faktı aşkar edilib. DeFacto mağazasında vitrin qiyməti ilə kassadakı qiymət arasında ciddi uyğunsuzluq olduğu üçün mağazaya 4 000 manat məbləğində inzibati cərimə tətbiq olunub.

Hadisə zamanı, vitrin üzərində 39.90 manat olaraq göstərilən geyim məhsulu kassaya yaxınlaşdıqda 49.90 manata satıldığı müəyyən edilib. Dövlət qurumlarının həyata keçirdiyi araşdırma nəticəsində bu qanun pozuntusu təsdiq olunaraq müvafiq tədbirlər görülüb.

Hüquqşünas Emil Aslanov məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, alıcının hüquqları qanunla tam şəkildə qorunur və istənilən halda istehlakçı qiymət natarazlığı ilə bağlı şikayət etmək hüququna malikdir.  Toyuqlu pizza

O vurğulayıb ki, ilk növbədə şikayət qiymət fərqinin müşahidə olunduğu mağazanın idarə heyətinə bildirilə bilər. 

“Ancaq bu, hüquqların müdafiəsində yalnız ilkin addımdır. Alıcının şikayəti qəbul edilməzsə və ya problemin həlli təmin olunmazsa, müvafiq dövlət orqanlarına müraciət etmək hüququ mövcuddur. İstehlakçıların hüquqlarının qorunması üzrə dövlət qurumları belə hallarda ciddi araşdırma aparır və qanun pozuntusu aşkar edildikdə, müvafiq cəzalar tətbiq olunur".

Emil Aslanov əlavə edib ki, vitrin qiyməti ilə kassa qiyməti arasında fərqin olması halında istehlakçının bu fərqin geri ödənilməsini tələb etmək hüququ vardır. 

“Məsələn, 39.90 manata baxıb seçdiyiniz məhsul kassada 49.90 manata çıxarsa, alıcının hüququdur ki, aradakı fərqi tələb etsin. Bu zaman alıcının iki variantı var: ya məhsulu geri qaytarsın, ya da mağazadan aradakı qiymət fərqini ödəməsini tələb etsin. Bu, qanunla təmin edilmiş istehlakçı hüquqlarından biridir".

O, həmçinin qeyd edib ki, istehlakçılar hüquqlarını qorumaq üçün heç vaxt çəkinməməli, qanunda göstərilən şikayət prosedurlarını tətbiq etməlidirlər. 

“Çünki hər bir alıcı ədalətli və şəffaf satış şərtləri ilə təmin olunmalıdır", — deyə Emil Aslanov fikrini yekunlaşdırıb.

Rəvan Rzazadə


Telegram kanalımız
Seçilən
36
1
yenisabah.az

2Mənbələr