Demokrat.az xəbər verir ki, bu barədə Dağıstan hökumətinin sədr müavini Rizvan Qazimaqomedov məlumat verib.
"Avtomobil keçid məntəqəsinin yerləşdiyi Azərbaycanla sərhədə yaxın ərazidə "Samur-II" tikiləcək. Onun 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır. Bu, sərhəd dəmir yolu qovşağı olacaq", - o bildirib.
Qazimaqomedov əlavə edib ki, Dağıstanda Şimali Qafqaz Dəmir Yolu poliqonunun Dərbənd-Samur-Azərbaycanla dövlət sərhədi hissəsinin alternativ cərəyan dartma sisteminə çevrilməsi 2028-ci ildə planlaşdırılır.
"Yarımstansiyalar dəyişdiriləcək, artıq işlər gedir. 2028-ci ildə başa çatdırılacaq”, - Qazimaqomedov bildirib.
“Rusiya Dəmir Yolları” QSC Rusiya-Azərbaycan sərhədi yaxınlığında yeni “Samur-II” dəmir yolu stansiyası tikməyi planlaşdırır. Bu, gələcəkdə “Şimal-Cənub” İTC-nin Rusiya hissəsinin ötürücülük qabiliyyətini ildə 15 milyon tona çatdıracaq.
Yeni "Samur-II" stansiyasında zəruri dəmir yolu infrastrukturunun yaradılması üçün maliyyələşdirmənin həcmi 13,7 milyard rubl təşkil edir, tikintinin başa çatdırılması əvvəllər 2027-ci ilə planlaşdırılırdı.
Dərbənd-Samur hissəsinin dəyişən cərəyana keçirilməsi üzrə tikinti işlərinin icrası “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Balacarı-Yalama hissəsində aparılan işlərlə sinxronlaşdırılır.
Layihənin maliyyələşdirilməsinin ümumi məbləği 10,4 milyard rubl (131,065 milyon dollar) təşkil edir. (Report.az)
10Mənbələr
-
avtosfer.azBu ilin 7 ayı ərzində BTQ dəmir yolu ilə təqribən 250 min ton yük daşınıb ( 19965950)
-
teleqraf.comBakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 7 ayda 250 min ton yük daşınıb ( 19961672)
-
newscenter.azDəmir yolu ilə 7 milyon ton məhsul ixrac edilib ( 19939631)
-
fins.azUnion Pacific və Norfolk Southern ABŞ-ın ən böyük dəmir yolu operatorunu yaratmaq üçün birləşəcək ( 19853285)
-
banker.azABŞ-nin ən böyük dəmir yolu operatorları $85 milyardlıq birləşmə elan edib ( 19852217)
-
7news.azUkrayna ordusunun hücumu nəticəsində Rusiyanın dəmir yolu şəbəkəsi ciddi zərər görüb ( 19815731)
-
oxu.azUkrayna ordusunun hücumu nəticəsində Rusiyanın dəmir yolu şəbəkəsi ciddi zərər görüb ( 19807388)
-
demokrat.azRusiya-Azərbaycan sərhədi yaxınlığındakı dəmir yolu stansiyası bu ilədək tikiləcək ( 19729949)
-
ekologiya.azRusiya-Azərbaycan sərhədi yaxınlığındakı dəmir yolu stansiyası 2030-cu ilədək tikiləcək ( 19728452)
-
banker.azRusiya-Azərbaycan sərhədi yaxınlığındakı dəmir yolu stansiyası 2030-cu ilədək tikiləcək ( 19723001)