"Fənərbağça" klubu "Chobani" ilə sponsorluq müqaviləsi imzalandığını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, razılaşmaya görə "Chobani" adı həm klubun stadionunda, həm də formasında yer alacaq. Buna görə "sarı-lacıvərdlilər" illik 14 milyon avro qazanacaq.
Razılaşmanın müddəti isə 5+5 ildir.
Əlavə edək ki, "Chobani" Amerika mərkəzli bir yoqurt firmasıdır. Qurumun sahibi Türkiyədə doğulan Hamdi Ulukayadır.