AZ

AKP-li deputat öldürüldü


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Balıkəsir şəhərindən olan deputatı Mehmet Anıl Yüksel silahlı hücuma məruz qalıb.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, Yüksel hücum nəticəsində ölüb.
Məlumata görə, hadisə yerli vaxtla axşam saat 19:00 radələrində (Bakı vaxtı ilə saat 20:00) Havran rayonu Hamambaşı məhəlləsində baş verib.
İddiaya görə, Yükselə şəxsiyyəti hələlik müəyyən edilməyən şəxs və ya şəxslər tərəfindən silahlı hücum olub.
Cinayətkar və ya cinayətkarlar hadisə yerindən qaçıb.
Hadisə yerinə gələn təcili yardım heyəti Yükseli xəstəxanaya çatdırıb.
Bütün müdaxilələrə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Seçilən
15
1
yeniavaz.com

2Mənbələr