BAKI. 26 iyul. TELEQRAF
Ötən ilin eyni dövrü ilə müqayisədə 2025-ci ilin iyul ayında rusiyalı turistlərin Türkiyədə mehmanxana sifarişinə tələbi 10%, Soçidə isə 30% azalıb.
Teleqraf xəbər verir ki, bu barədə "OneTwoTrip" səyahət planlaşdırma xidmətinin araşdırmasının nəticələrində deyilir.
Araşdırmaya görə, iyul tətilləri üçün ən populyar ölkə İtaliya olub və xaricdə hotel sifarişlərinin 9,2%-ni təşkil edib.
Turistlərin tətilə marağında ən nəzərəçarpacaq artım Belarus, İspaniya, Çin, Gürcüstan və Qazaxıstan üzrə olub. Rusların 2025-ci ilin iyul ayında bu ölkələrdə hotel bronu 25% artıb.