ABŞ-da federal hökumət tərəfindən saxlanılan 5,5 milyard dollarlıq təhsil fondu sərbəst buraxılıb. Bu vəsait K-12 təhsil proqramları, o cümlədən ingilis dili tədrisi, müəllim hazırlığı və immiqrant uşaqlar üçün dəstək proqramları üçün nəzərdə tutulub.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, Trump administrasiyası tərəfindən uzun müddət saxlanılan bu vəsait, həm demokrat, həm də respublikaçı qanunvericilərin təzyiqi nəticəsində azad edilib.