AZ

Türkmənistanlı futbolçu Azərbaycan klubları ilə danışıq aparır

Özbəkistanın “Surxon” klubunun müdafəçisi Cəmaləddin Xocaniyazov karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, 28 yaşlı futbolçunu Premyer Liqamızdan 2 klub istəyir.

Lakin həmin komandalar Rusiyanın U-21 yığmasının sabiq üzvünü maaş məsələsində razı salmalıdır.
 

Hazırda Xocaniyazov həmin klublarla danışıqları davam etdirir. Mərkəz müdafiəçisinin kapitanı olduğu “Surxon”la müqavilə müddəti 2025-ci il dekabrın 31-nə qədərdir.


Qeyd edək ki, Xocaniyazov 2019/20-ci illər mövsümündə “Sumqayıt”ın şərəfini qotuyub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
9
bizim.media

1Mənbələr