ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Şimali Makedoniyada keçirilən “Skopye-2025” XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında güllə atıcılığı yarışları davam edir.
Milli Olimpiya Komitəsindən mətbuata bildirilib ki, 10 metr məsafəyə pnevmatik tapançadan duet yarışlarında Azərbaycanı təmsil edən Oleq Kerjankin və Leyli Əliyeva parlaq çıxışla yadda qalıblar.
Belə ki, komanda üzvlərimiz 53 xalla final mərhələsinə vəsiqə qazanıblar. Komanda bu nəticə ilə həm də Avropa rekordunun müəllifi olub.
M.HACIXANLIXQ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.