Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində fərdi təsərrüfatlardan oğurluqlar edən əvvəllər də eyni əmələ görə məhkum olunmuş İsmayıl Səfərov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, araşdırmalar zamanı saxlanılan şəxsin 2 fərqli təsərrüfatdan 8 baş xırdabuynuzlu heyvan və 10-dan artıq ev quşu oğurladığı müəyyən edilib.
Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.