BAKI, 26 iyul. TELEQRAF
DEM partiyasının İmralı heyəti PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşüb.
Teleqraf xəbər verir ki, heyət bu barədə açıqlama yayıb.
Qeyd olunub ki, 3 saat yarım sürən görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ədliyyə naziri Yılmaz Tunç və siyasi partiya lideri ilə görüş və müzakirələr diqqətdə saxlanılıb.
Həmçinin vuğulanıb ki, PKK-nın 11 iyulda silahların məhv edilməsi mərasiminin təəssüratları ilə bağlı məlumatlar çatdırılıb.
Öcalan mərasimin keçirilmə tərzini və sülh üçün iradə, inam və əzmin vacibliyini vurğulayıb.