ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın Qərbi Azərbaycan vilayətinin Sərdəşt bölgəsinin Aqlan kəndi yaxınlığında SEPAH-ın bazasına hücum nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.
SEPAH-ın “Qərbi Azərbaycan Şəhidləri” bazasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Şakir bildirib ki, bir neçə saat əvvəl terrorçu qruplaşmanın üzvləri Sərdəştin Aqlan kəndi yaxınlığında SEPAH bazasına atəş açıb, nəticədə bir “Bəsic” döyüşçüsü həlak olub, digəri isə yaralanıb.
Qrupun kimliyi və hücumun motivi ilə bağlı əlavə təfərrüat yoxdur. Hücumun hədəfinin bölgədəki SEPAH hərbi bazası olduğu bildirilib.
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.