“Nyukasl”dan ayrılacağı gözlənilən Aleksander İsak Səudiyyə Ərəbistanıdan təklif alıb.
Futbolpress.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb. “Əl Hilal” isveçli hücumçuya həftəlik 600 min funt-sterlinq qazanacağı müqavilə təklif edib.
İsaka “Liverpul”un da marağı var. Futbolçu hələ qərarını verməyib. “Nyukasl” forvardı üçün 120 milyon funt-sterlinq tələb edir.
25 yaşlı futbolçu ötən mövsüm Premyer Liqada 34 oyunda 23 qol vurub, 6 məhsuldar ötürmə edib.