AZ

Husilər İsrail şəhərlərinə hücum edib | VİDEO

AzVision.az xəbər verir ki, husilərin rəsmi nümayəndəsi Yəhya Səria üsyançıların nəzarətində olan “Əl Məsirəh” telekanalının efirində belə deyib.

Onun iddasına görə, üsyançıların hipersəs adlandırdıqları “Fələstin-2” raketi Beer-Şeva bölgəsindəki “həssas ərazi”yə buraxılıb. Pilotsuz təyyarələr Eylat, Aşkelon və Haderadakı hədəflərə də hücum edib. Saria bildirib ki, bütün hücumlar hədəflərinə çatıb.

İsrailin Müdafiə qüvvələri, öz növbəsində, iyulun 25-i axşam saatlarında Yəməndən atılan bir raketi ələ keçirdiklərini açıqlayıb. Ölkənin bir sıra bölgələrində hava hücumu siqnalları səslənib. Hadisə nəticəsində tələfat və dağıntılar barədə məlumat verilmir.

İyulun əvvəlində isə, İsrailin Müdafiə naziri İsrael Kats Yəmənin “Ənsar Allah” hərəkatına qarşı yeni hərbi əməliyyata başladığını elan edib.

“Qara bayraq” adlı bu əməliyyat çərçivəsində Hodeydə, Əs-Səlif və Rəs-İsa limanları, Ras-Katib elektrik stansiyası, həmçinin təxminən iki il əvvəl husilər tərəfindən ələ keçirilən və onların Qırmızı dənizdə terrorçuların fəaliyyətini həyata keçirmək üçün istifadə etdikləri “Galaxy Leader” gəmisi də daxil olmaqla bir sıra hədəflərə kütləvi zərbələr endirilib.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
23
1
azvision.az

2Mənbələr