"Yuventus" yenidən Randal Kolo Muani üçün PSJ ilə danışıqlara başlayıb.
Offsideplus.az xəbər verir ki, klublar arasında aktiv müzakirələr davam edir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Kolo Muani bu ilin yanvarında icarə əsasında "qoca sinyora"ya transfer olmuşdu. O, Turin təmsilçisində 22 oyuna 10 qol vurub.
PSJ 26 yaşlı hücumçunu 2023-cü ildə "Ayntraxt"dan bonuslurla birlikdə 90 milyon avroya transfer etmişdi.