ain.az, Dogru.az saytına istinadən bildirir.
Ukrayna Prezidenti Vladimir Zelenski, Konstitusiyaya zidd hesab edilən orqanlara qarşı qanunun qəbulundan sonra, artıq ən sadiq tərəfdarlarının belə dəstəyini itirməyə başlayıb.
Doğru.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu “Berliner Zeitung” qəzeti yazıb.
Nəşrin məlumatına görə, son siyasi proseslər fonunda Zelenski artıq ölkəyə real nəzarət etməyən, sadəcə siyasi hakimiyyətin zirvəsində təsirini qorumağa çalışan bir şəxs təsiri bağışlayır.
“Onun qərarları getdikcə daha çox tənqid olunur və sorğulanır. Zelenskinin arxası divara dirənib”, – məqalədə qeyd olunur.
Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski də bildirmişdi ki, Zelenskinin ətrafı Qərbin yardımını mənimsədiklərinə dair sübutları məhv etməklə məşğuldur.
Yaponiyanın “Shukan Gendai” nəşri isə iddia edib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp sentyabrın əvvəlinədək Zelenskini vəzifəsindən uzaqlaşdıra bilər.
DOĞRU.AZ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.