AZ

Kilsəyə qarşı mübarizədə yeni üsul: Hücuma saatlar qalıb

“Kilsə ilə mübarizə ideyası Paşinyanı sakit buraxmır. 

Dünən  Patriarxlığın azad edilməsi planını ətraflı təsvir etdiyi başqa bir yazı dərc edib, ona görə Patriarxın vəzifəsindənkənarlaşdırılmasından sonra yeni bir katolikos seçilməyəcək, ancaq vikar (Vikar din xadimidir və adətən, dini icmanın rəhbərliyini vəzifə daşıyır. O, ruhani liderlik və ibadətlərin aparılması ilə məşğuldur-red.) təyin ediləcək.

Ermənilərin “kanonik kitabı” əsasında Erməni Apostol Müqəddəs Kilsəsinin Kanonu təsdiqlənməyincə, katolikos seçilməyəcək”. “Hraparak” qəzeti belə yazır.

“Bu, kilsənin “başını kəsmək” və onu uzun illər ruhani lidersiz qoymaq deməkdir. 

Paşinyan "Patriarxlığı ayağa qaldıraq” hərəkatında kimlərin iştirak edə biləcəyini də deyib: 

“Erməni Apostol Kilsəsinin davamçısı olmaq (vaftiz olunmaq), ən azı bir dəfəİncil oxumaq, son 5 ildəən azı bir dəfə oruc tutmaq və s. Əslində, hökumətin bir neçə həftədir ki, Patriarxlığa qarşı əsasən keçmiş cinayətkarlardan, narkomanlardan, antisosial davranışa malik insanlardan ibarət üsyançı qruplar topladığı vəEçmiədzinin Ana Taxtasına basqın etmək üçün koordinasiya etdiyi barədə şayiələr var. 

İlkin məlumata görə, Paşinyan kilsəyə hücum gününü şənbə gününə, II Qareginin iyulun 27-də Tanrının Transfiqurasiya bayramından əvvəl liturgiyasını qeyd edəcəyi günə təyin edib”. 

İrəvanda deyirlər ki, Paşinyan uzun müddət kilsəyə hücumu hansı günəplanlaşdırmaq barədə fikirləşib, bir neçə dəfə tarixi dəyişib, lakin hər dəfə belə bir sual yaranıb:

“Əgər həzrət kilsədə deyilsə, bundan sonra nə etməli? Buna görə də liturgiya zamanı kilsəyə basqın etmək qərara alınıb”,-deyə “Hraparak” yazır. Lakin Ermənistan konstitusiyası və qanunvericiliyi kilsəyə müstəsna səlahiyyətlər verdiyi üçün Paşinyan hökuməti II Qaregini devirə bilmir. 

Ermənistan konstitusiysının 18-ci maddəsi, eyni zamanda, “Dini Azadlıqlar Haqqında” Qanunla hakimiyyət kilsənin erməni xalqının mənəvi həyatında, milli mədəniyyətinin inkişafında milli kimliyinin qorunub saxlanılmasında müstəsna missiyasını tanıyır. 

Bu da Eçmiədzin kilsəsinə siyasətə müdaxilə imkanı yaradır. Eyni zamanda, qanunvericilik kilsənin siyasətə müdaxiləsini qadağan etmir. Ona görə də Paşinyan kilsənin hakimiyyət orqanlarına təsirinin qarşısını almaq üçün Ermənistan konstitusiyasına və qanunvericiliyinə dəyişiklik etmək məcburiyyətindədir. 

Çox güman ki, ölkədə yeni konstitusiyanın qəbulundan sonra kilsənin rolu məhdudlaşdırılacaq və din xadimlərinin siyasətlə məşğul olması qadağan ediləcək. Artıq Paşinyan katolikosa qarşı hüquqi müstəvidə mübarizəyə başlayıb. İyulun 23-də Ermənistanın Baş naziri II Qaregini vəzifəsindən uzaqlaşdırmaq və yenisini seçə bilmək üçün Erməni Apostol Kilsəsinin sadələşdirilmiş nizamnaməsinin qəbulunu təklif edib. 

“Erməni Nizamnaməsi” əsasında müasir erməni dilində yazılmış, qısa və hər kəs üçün başadüşülən sənəd olacaq nizamnamə təsdiq olunmayana qədər yeni katolikosun seçilməsi baş tutmayacaq. Bu barədə Paşinyan özünün “Facebook” səhifəsində yazıb. Baş nazir Eçmiədzin kilsəsinə qarşı mübarizədə yeni üsul tapıb. O, kilsənin nizamnaməsinin müasir erməni dilinə uyğun gəlmədiyini bildirib: 

“Nizamnamənin müasir erməni dilində bir variantı da yoxdur, bura 17 əsr ərzində formalaşmış minlərlə kanon daxildir. Nizamnamə təsdiq edildikdən sonra bütün ermənilərin katolikosuna seçkilər keçirilməlidir və bu seçkilərdə bütün namizədlərin dindarlığı yoxlanılacaq”, - deyəBaş nazir qeyd edib. 

Paşinyanın son günlər II QareginiEçmiədzindəki iqamətgahından qovmaq və başqasını seçmək çağırışları hakimiyyətin kilsəyə növbəti hücuma hazırlaşdığını göstərir. Çox güman ki, yeni nizamnamə ilə Paşinyan kilsənin siyasətə müdaxiləsinin qarışmasının qarşısını almağa vəkatolikos seçkilərində hökumətin bu və ya digər formada iştirakına imkan yaratmağa çalışacaq. 

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr