AZ

Yanacaq sektorundan daxilolmalar artıb

ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bu ilin birinci yarısında neft-qaz sektorundan düdcəyə 9 milyard 527 milyon manat vəsait daxil olub ki, bu da proqnozla müqayisədə 247,8 milyon manat və ya 2,7 faiz, 2024-cü ilin müvafiq dövrünə nisbətən isə 728,8 milyon manat və ya 8,3 faiz çoxdur.

Maliyyə Nazirliyinin məlumatına əsasən, hesabat dövründə dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 24 faizi və ya 2 milyard 286 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 76 faizi və ya 7 milyard 240 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.

Qeyd edək ki, 2025-ci ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri 19 milyard 99 milyon manat proqnoza qarşı 19 milyard 804 milyon manat və yaxud 704,8 milyon manat (3,7 faiz), ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 5,1 faiz və ya 961,1 milyon manat çox icra edilib. Bu isə cari ilin dövlət büdcəsinin illik gəlirlərinin 51,6 faizinə bərabər olub.

Hesabat dövründə dövlət büdcəsinin xərcləri 17 milyard 96 milyon manat məbləğində icra edilməklə illik dövlət büdcəsi xərclərinin 41,3 faizinə bərabər olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 milyard 43 milyon manat və ya 6,5 faiz çoxdur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
1
xalqqazeti.az

2Mənbələr