AZ

Husilər İsraildə dörd hədəfə zərbə endirib: “Fələstin 2” hipersəs raketi istifadə olunub

ain.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.

Yəmənin şimalını idarə edən Ənsar Allah (Husi) hərəkatı İsraildəki dörd hədəfə raket və pilotsuz təyyarələrdən istifadə edərək zərbələr endirdiyini açıqlayıb.

“Doğru.az xəbər verir ki,” Husilər bu dəfə də “Fələstin-2” adlı hipersəs ballistik raketindən istifadə edərək, işğal olunmuş Beer-Şeba bölgəsində yüksək dəqiqlikli hərbi əməliyyat keçirdiklərini bəyan ediblər. Bu barədə məlumatı RİA Novosti yayıb.

Qrup, eyni zamanda üç mühüm düşmən hədəfinə qarşı da hücum təşkil etdiklərini bildirib.

Qeyd edək ki, bu son günlər ərzində Husilərin İsrailə qarşı endirdiyi növbəti hipersəs raket zərbəsidir.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
dogru.az

2Mənbələr