Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycan Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadanda medal sıralamasında mövqeyini yaxşılaşdırıb.
İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, cüdoçu Elcan Hacıyevin (90 kq) qazandığı gümüş medal sayəsində komandamız 16-cı yerdən 13-cüyə yüksəlib.
Hazırda Azərbaycanın hesabında iki qızıl və iki gümüş medal var. Daha öncə bədii gimnastika üzrə qrup hərəkətləri komandası – Ləman Əlimuradova, Güllü Ağalarzadə, Darya Sorokina, Kamilla Əliyeva və Yelizaveta Luzan – medal qazanaraq fərqlənmişdi.
Azərbaycan artıq Çexiya, Honkonq, Portuqaliya, İspaniya, Fransa, Braziliya, Kanada, Avstraliya, Gürcüstan, Danimarka və bir çox digər ölkələri geridə qoyub.
Medal sıralamasında lider ABŞ-dir (28 qızıl, 22 gümüş, 26 bürünc), ikinci yerdə Çin (23-21-13), üçüncü yerdə isə Yaponiya (22-13-20) qərarlaşıblar.
İdman.biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.