AZ

NASA kütləvi ixtisarlara hazırlaşır


ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) işçilərin sayının 3870 nəfər azaltmağı və təxminən 14000 nəfərə çatdırmağını planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NASA-nın rəsmi nümayəndəsi Şeril Uorner məlumat verib.
O qeyd edib ki, NASA bu şəkildə Ay və Marsın tədqiqi də daxil olmaqla, kosmosun tədqiqini tam şəkildə davam etdirmək üçün səmərəliliyi artırmaq niyyətindədir.
Uornerin sözlərinə görə, idarənin təxminən 3870 əməkdaşı (işçilərin 21 faizi) işçilərin ixtisarı üzrə iki proqramda iştirak etməyə razılıq verib.
Uornerin qeyd etdiyi kimi, NASA rəhbərliyi bu iki proqramın həyata keçirilməsindən sonra və normal kadr dövriyyəsi ilə departamentin işçilərinin sayının təxminən 14 min nəfər olacağını gözləyir.
NAS nümayəndəsi bu təxminlərin dəyişəcəyini də istisna etmir.
Seçilən
1
1
yeniavaz.com

2Mənbələr