Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur".
APA xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan deyib.
O həmçinin ölkəsinin Avropa İttifaqına üzvlük perspektivlərini də dəyərləndirib:
"Bizi bu ittifaqa heç kim dəvət etmir. Özümüz ora üzv olmaq istəyirik. Avropa İttifaqında da deyirlər ki, əlbəttə, buyurun. Onlar niyə belə deyir? Ukraynaya niyə silah və pul verirlərsə, o səbəbdən. Yəni, Rusiyaya ziyan vurmaq üçün. Paşinyanın da qarşısında eyni şərti qoyublar, lakin o bunu anlamır".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.