AZ

Avtobus aşdı, 15 nəfər öldü

Perunun mərkəzi Junin əyalətində çoxsaylı insan tələfatı ilə nəticələnən böyük yol qəzası baş verib.

NOCOMMENT.az xarici mediaya istinadla bildirir ki, Lima-La Mersed marşrutu ilə hərəkət edən 66 sərnişini daşıyan “Molina” markalı avtobus uçurumdan aşıb. İlkin məlumata görə, nəticədə 15 nəfər ölüb, daha 27 nəfər xəstəxanaya yerləşdirilib.

Tarma şəhərinin tibb xidmətinin rəhbəri Aldo Tineo bildirib ki, hazırda ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Qəzanın səbəbləri hələ də bəlli deyil. Xilasetmə xidmətləri və polis faciə baş verən yerdə işlərini davam etdirir.\\Lent.az

Seçilən
13
1
nocomment.az

2Mənbələr