"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim rəhbərlikdən yeni qapıçı tələb edib.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis "Aston Villa"nın çərçivə qoruyucusu Emiliano Martinesi komandasında görmək istəyir.
Bu barədə "TyC Sports" məlumat yayıb.
"Qırmızı şeytanlar" argentinalı qapıçını icarə əsasında heyətinə cəlb etmək istəyib. Lakin bu təklif "Aston Villa" tərəfindən qəbul edilməyib.