AZ

Göygöldə qəza - sürücü xəsarət aldı

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, qəza Göygöl–Toğanalı–Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

    Hadisə nəticəsində 2003-cü il təvəllüdlü N. Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    Seçilən
    27
    7
    news365.az

    9Mənbələr