İlon Maskın qurucusu olduğu "Neuralink" şirkəti qarşıdakı altı il ərzində təxminən beş böyük klinika açmağı və neyroçiplərin ən azı üç fərqli versiyasını təqdim etməyi planlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" investorlar üçün hazırlanmış təqdimata istinadən məlumat yayıb.
Bu cihazlardan birincisi telepatiya funksiyası ilə insan beyninin kompüterlə qarşılıqlı əlaqəsinə imkan verəcək. İkincisi, görmə qabiliyyəti olmayan insanlarda görməni bərpa etmək məqsədi daşıyır. Üçüncü cihaz isə titrəmə və Parkinson xəstəliyinin müalicəsi üçün nəzərdə tutulub.
Hazırda "Neuralink" neyroimplantlarının klinik sınaqlarında ən azı 10 nəfər iştirak edir.