Miqrant axını dayandırılmasa, Avropa mövcudluğunu itirəcək.
Bu fikirləri ABŞ Prezidenti Donald Tramp Şotlandiyaya çatdıqdan sonra hava limanında jurnalistlərlə söhbətində səsləndirib:
“İmmiqrasiyaya gəldikdə, özünüzə nəzarət etməlisiniz. Əks halda, artıq Avropadan əsər-əlamət qalmayacaq. Ciddi tədbirlər görməlisiniz”, – deyə o vurğulayıb.
APA
Tarix: 26 İyul 2025, 08:31