AZ

ABŞ-də yanğın qurbanlarına ayrılan 100 milyon dollar yoxa çıxıb

BAKI, 26 iyul. TELEQRAF

Kaliforniyada meşə yanğınları qurbanlarına yardım göstərmək məqsədilə yaradılmış "FireAid" fondu saxtakarılıqla məşğuldur.

Teleqraf xəbər verir ki, bunu Ağ Evin rəhbəri Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində bildirib.

O, fonda köçürülmüş 100 milyon dolların yoxa çıxdığını deyib.

"FireAid" fəlakətdir. Görünür, bu, demokratlardan ilhamlanan başqa bir fırıldaqdır", - ABŞ Prezidenti yazıb.

İyulun 20-də ABŞ-nin Oreqon ştatında bu ilin ən böyük yanğın hadisəsi baş verib. Yanğın hazırda 38 min hektardan çox əraziyə yayılıb. .

Seçilən
49
2
teleqraf.com

3Mənbələr