“Əl-Nəsr”in hücumçusu və kapitanı Kriştiano Ronaldo Səudiyyə klubunun yeni mövsümə hazırlığı çərçivəsində keçirdiyi məşqdən foto paylaşıb.
Publika.az xəbər verir ki, 40 yaşlı forvard “X” sosial media hesabında yazıb:
“Hər şey indi başlayır. Gələcəyə baxış. Biz hamımız iş başındayıq”.
Səudiyyə Ərəbistanı çempionatının yeni mövsümü 2025-ci ilin avqustunda başlayacaq.
Son turnirin yekunlarına görə, “Əl-Nəsr” 70 xal toplayaraq üçüncü yeri tutub. “Əl-İttihad” 83 xalla birinci yeri tutub.