AZ

Putin və Zelenskinin görüşü İstanbulda müzakirə edildi

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında baş tutan son danışıqlarda iki ölkə prezidentinin – Vladimir Putin və Volodimir Zelenskinin hansı şəraitdə və harada görüşə biləcəyi məsələsi müzakirə olunub.

“Qafqazinfo” “NTV Türkiyə”yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Nazir bildirib ki, Rusiya və Ukrayna prezidentlərinin Türkiyədə görüşməsi prinsipial olaraq razılaşdırılıb:

“Bu müharibənin ciddi regional və qlobal təsirləri var. Danışıqlar aparan heyətlərin üzərinə böyük məsuliyyət düşür. Bu məsələ müzakirə olunduqca, qarşılıqlı görüş istəyi daha aydın görünür. Əgər bu şəkildə davam etsək, həll yolunun tapılacağına inanıram. Hələ də tərəflərin açmadığı kartlar var. Biz isə lazımi mühiti yaratmağa çalışırıq”, - deyə Fidan vurğulayıb.

Seçilən
31
3
qafqazinfo.az

9Mənbələr