AZ

Süveyş kanalının gəlirləri kəskin azalıb

Bakı. Trend:

Süveyş kanalının gəlirləri cari maliyyə ilinin ilk doqquz ayında54,1 faiz azalaraq 2,6 milyard dollar olub. Bu eniş Qırmızı Dənizregionunda davam edən geosiyasi gərginliklər fonunda tranzitgəmilərin sayının 44,8 faiz azalması ilə əlaqədardır. Bu vəziyyət,Süveyş kanalının beynəlxalq ticarətdəki roluna ciddi təsirgöstərib.

Trend xəbər verir ki, bubarədə Misir Mərkəzi Bankı məlumat verib.

Bununla belə, Bankın statistikasına görə, qeyd olunan dövrərzində xaricdən ölkəyə göndərilən pul vəsaitlərinin həcmi 82,7faiz artaraq 26,4 milyard dollara çatıb. Xarici ölkələrdə işləyənmisirlilərin göndərdikləri pul ölkə iqtisadiyyatı üçün mühüm dəstəkmənbəyi olaraq qalır.

Eyni zamanda, turizm sektorunda müsbət bir inkişaf qeydə alınıb.Misirin turizm gəlirləri 15,4 faiz artaraq illik 12,5 milyarddollara yüksəlib.

Seçilən
4
3
az.trend.az

6Mənbələr