ABŞ Prezidenti Donald Tramp Avropanı miqrasiyanın qarşısını almağa çağırıb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, o bunu jurnalistlərə açıqlamasında deyib.
“Avropalılar özlərini ələ almalıdırlar, əks halda Avropanız olmayacaq. Miqrasiya məsələsində birgə hərəkət etməlisiniz”, - deyə Tramp bildirib.
Onun sözlərinə görə, avropalılar əsl “işğala yol veriblər”.
ABŞ Prezidenti həmçinin Avropanı külək enerjisi istehsalını dayandırmağa çağırıb.