Müharibədə daha bir idmançı – 45 yaşlı ukraynalı alpinist Aleksandr Polisçuk həlak olub.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna İdman Komitəsi məlumat yayıb.
Polisçuk uşaqlıqdan idmanla – basketbol, turizm, alpinizmlə məşğul olub. Yetkinlik dövründə – qayayadırmanma, xizək sürmə ilə məşğul olub.
2015-ci ildə dünyanın ən təhlükəli zirvələrindən birini – Tyan-Şanda Xan Tenqrini (7010 m) fəth edib.