AZ

Sumqayıtda ağır qəzada 3 nəfər yaralanıb

Sumqayıtda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Avtosfer.az “Report”a istinadən məlumat verir ki, hadisə Sahil küçəsində qeydə alınıb.

“Kia” və “AzSamand” markalı avtomobillər toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, 25 iyul 2025-ci il tarixində 3 kişi Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Seçilən
45
9
avtosfer.az

10Mənbələr