“Çox yaxşı oynadıq.
Mövsümün ilk rəsmi matçı olsa da, inamlı təsir bağışladıq. Qalib gəldiyimiz üçün hər kəs sevinclidir”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Patrik Andrade Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “Aris” üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edərkən deyib.
32 yaşlı futbolçu Yunanıstan təmsilçisi ilə görüşün ağır keçdiyini bildirib:
“Bilirdik ki, rəqib çox güclüdür. “Aris”in yaxşı heyəti var.
Lakin biz də zəif deyilik. Bunu meydanda sübuta yetirdik.
Hesabda geri düşsək də, sona qədər mübarizə apardıq. Düşünürəm ki, qələbəyə layiq idik”.