AZ

General Ben Hodges: “Rusiya Ukraynanı məğlub edə bilməz”

ABŞ-ın Avropadakı keçmiş quru qoşunları komandanı general Ben Hodges Rusiyanın Ukrayna üzərində qələbə qazanmaq imkanının olmadığını bildirib.

O, bu barədə “Studia Zapad” proqramına verdiyi müsahibədə danışıb.

Generalın sözlərinə görə, artıq 11 ildən çoxdur davam edən müharibəyə baxmayaraq, Rusiya Ukrayna ərazisinin cəmi 19 faizinə nəzarət edir. Bu isə Ukraynanın effektiv müdafiə qabiliyyətini göstərir.

“Rusiya Hərbi Hava Qüvvələri Ukraynanın hava məkanına daxil olmaqdan çəkinir, Rusiya Qara dəniz donanması isə faktiki olaraq döyüş meydanından silinib. Rusiya, həmçinin Polşa üzərindən Ukraynaya texnika və sursat tədarükünü dayandıra bilməyib. Hazırda Rusiya ordusunun Ukrayna müdafiəsini yarıb keçmək və ya onu sındırmaq imkanına malik olduğuna dair heç bir dəlil yoxdur”, – deyə Hodges vurğulayıb.

Onun fikrincə, bu amillər Rusiyanın strateji uğur əldə etməsinin real olmadığını göstərir.

//Samir Qurbanov, Editor.az

Seçilən
18
editor.az

1Mənbələr