ain.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kamboca ilə Tailand arasında atəşkəs əldə edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Kambocanın baş naziri Hun Manet açıqlama verib. Hun Manet Tailandla sərhəddə baş verən qarşıdurmalardan sonra Malayziyanın baş naziri Ənvar İbrahimlə həyata keçirdiyi telefon danışığı ilə bağlı açıqlama verib. O bildirib ki, ölkəsi ilə Tailand arasında baş verən sərhəddə qarşıdurmalardan sonra Ənvar İbrahimin təklif etdiyi atəşkəsi qəbul edilib. Hun Manet, həmçinin Ənvarın Tailandın baş naziri vəzifəsini icra edən Phumtham Vechayachai ilə danışdığını və Tailand tərəfinin də atəşkəs təklifini qəbul etdiyini bildirib.
Qeyd edək ki, Cənub-Şərqi Asiyada yerləşən və 817 kilometrlik sərhədi olan Tailand və Kamboca ərazilərlə bağlı razılığa gələ bilmir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.