AZ

Elcan Hacıyev Universiadada finala yüksəldi

ain.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan cüdoçusu Elcan Hacıyev Ümumdünya Yay Universiadasında uğurla çıxış edir.

Doğru.az xəbər verir ki, Almaniyanın Reyn-Rur regionunda keçirilən yarışda 90 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda macar rəqibi Gergeli Nerpeli ipponla məğlub edərək finala adlayıb.

Elcan Hacıyev qızıl medal uğrunda cənubi koreyalı Kim Minje ilə qarşılaşacaq.

Xatırladaq ki, hazırda Azərbaycanın hesabında üç medal var – bədii gimnastika üzrə qrup komandası iki qızıl və bir gümüş medal qazanıb.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
1
dogru.az

2Mənbələr