AZ

ABŞ Suriyada İŞİD-in yüksək rütbəli komandirini zərərsizləşdirib

ABŞ Silahlı Qüvvələri Suriyanın şimalında keçirdiyi xüsusi əməliyyat zamanı İŞİD qruplaşmasının yüksək vəzifəli üzvünü zərərsizləşdirib.

 

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

 

Məlumata görə, əməliyyat Suriyanın şimalında yerləşən Əl-Bab şəhəri yaxınlığında həyata keçirilib.

 

Əməliyyat zamanı İŞİD-in yüksək rütbəli lideri və onun qruplaşma ilə əlaqəli olan iki oğlu öldürülüb./APA

Tarix: 25 İyul 2025, 22:35   
Seçilən
39
4
pravda.az

5Mənbələr