AZ

Gənələrə qarşı tədbir: Mütəxəssisdən xəbərdarlıq

Kırım-Kongo Qanamalı Qızdırması (KKQK) xəstəliyinin 50-dən çox ölkədə yayıldığını bildirən Fırat Universiteti Xəstəxanasının Enfeksion Xəstəliklər və Klinik Mikrobiologiya kafedrasının professoru Ayhan Akbulut, bu virusun əsasən kənələr vasitəsilə keçdiyini vurğulayıb.

Bu barədə News24.az CNN Türkə istinadən xəbər verir. 

Prof. Akbulut qeyd edib ki, kənələr nə uça, nə də sıçraya bilir – onlar yalnız tırmanaraq bədənə yapışır. Buna görə də bağ, meşə, tarla və oxşar ərazilərə gedərkən pantolon ətəklərinin corabın içinə salınması, rezin çəkmə geyinilməsi və oturulacaq yerlərə açıq rəngli örtü sərilməsi vacibdir.

KKQK xəstəliyinin ilk dəfə 1944–45-ci illərdə Krımda, daha sonra 1956-cı ildə Konqoda müşahidə edildiyini bildirən Akbulut, 1969-cu ildən etibarən bu iki hadisənin eyni virusla əlaqəli olduğunun müəyyənləşdirildiyini və xəstəliyin adının "Kırım-Kongo Qanamalı Qızdırması" olaraq qəbul edildiyini qeyd edib.

Dünya üzrə bəzi bölgələrdə ölüm hallarının 30%-i keçdiyini, Türkiyədə isə bu göstəricinin 4,7% olduğunu deyən mütəxəssis, virusun insana kənə vasitəsilə keçdiyini, həmçinin kənəyə çılpaq əllə toxunmaq, onu səhv üsulla çıxarmaq, yoluxmuş heyvanların qanı və bədən mayeləri ilə qorunmasız təmasın da risk yaratdığını vurğulayıb.

Bu mövzuda keçirilən maarifləndirici tədbirə xəstəxananın çox sayda tibbi işçisi qatılıb.

Xeyrənsə Piriyeva

Seçilən
65
1
news24.az

2Mənbələr