AZ

İsraildən Kanadaya xəbərdarlıq

Fransa Prezidentinin Filistini dövlət kimi tanımaq qərarı İsraildə ciddi narahatlıq doğurub.

Editor.az xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar bu qərarın bölgədə sabitliyə zərbə vurduğunu bildirərək, Kanadanı da eyni addımdan çəkindirməyə çalışıb.

Saar “X” sosial şəbəkəsində yaydığı açıqlamada, Kanadanın xarici işlər naziri Anita Anandla telefon danışığı apardığını bildirib. O, Kanadanın da Filistini tanımağa hazırlaşdığı barədə məlumatlar fonunda Ottavaya xəbərdarlıq edib.

İsrailli nazir qeyd edib ki, Fransa və digər ölkələrin birtərəfli qərarları Qəzzada atəşkəs və əsir mübadiləsi prosesinə zərbə vurur. Onun sözlərinə görə, bu cür diplomatik təzyiqlər HƏMAS-ın mövqeyini daha da sərtləşdirib.

“Fransa və digər dövlətlərin atdığı addımlar İsraili də öz qərarlarını verməyə vadar edəcək,” – deyə Saar vurğulayıb.

O əlavə edib ki, bu yanaşma nə bölgədə sabitliyə, nə də sülh prosesinə töhfə verir.

//Samir Qurbanov, Editor.az

Seçilən
45
editor.az

1Mənbələr