AZ

Cüdoçumuz Universiadada gümüş medal qazandı

Azərbaycan cüdoçusu Elcan Hacıyev Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında final görüşünə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada Cənubi Koreya təmsilçisi Kim Conqhunu sınağa çəkib.

Finalda rəqibinə məğlub olan E.Hacıyev gümüş medalla kifayətlənib.

Qeyd edək ki, bununla da Azərbaycanın Universiadada qazandığı medalların sayı dördə çatıb. Daha əvvəl bədii gimnastika üzrə qrup hərəkətləri komandası iki qızıl və bir gümüş mükafat əldə edib.

Seçilən
51
2
bakivaxti.az

3Mənbələr