Azərbaycanın güllə atıcıları Şimali Makedoniyada keçirilən “Skopye-2025” XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında gümüş medal qazanıblar.
Milli Olimpiya Komitəsindən 90deqiqe.Az-a bildirilib ki, Oleq Kerjankin və Leyli Əliyeva 10 metr məsafəyə pnevmatik tapançadan duet yarışlarında fərqləniblər.
Qeyd edək ki, festival iyulun 26-dək davam edəcək.