AZ

“Samsung”un qatlana bilən modellərinə tələbatartır

"Samsung" yeni qatlana bilən flaqman smartfonlarının uğurlu satış nəticələri ilə öyünür. 

Redaktor.az xəbər verir ki, bu barədə ixtisaslaşmış “SamMobile” nəşri məlumat yayıb.

İyulun əvvəlində şirkət Galaxy Z Fold 7 və qapaqlı Galaxy Z Flip 7 modellərini təqdim edib. Media nümayəndələri "Samsung"un ən son modellərinin yüksək satış göstəriciləri barədə yaydığı hesabatı xüsusi diqqətlə izləyiblər.

Korporasiya konkret satış rəqəmlərini açıqlamasa da, Avropa bazarında Galaxy Z Fold 7 üçün ilkin sifarişlərin əvvəlki modellə müqayisədə 50 faiz artdığını bildirib. Şirkət qeyd edib ki, istifadəçilər arasında “premium forma faktoru və yüksək performansa” olan tələbat artmaqdadır.

Aytəkin TOFİQQIZI

Seçilən
72
1
redaktor.az

2Mənbələr