"Araz-Naxçıvan"ın Konfrans Liqasındakı rəqibi "Aris" heyətini gücləndirib.
Offsideplus.az xəbər verir ki, Yunanıstan təmsilçisi Noa Sonko Sundberqi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Müqavilə ilə "Ludoqorets"ə bağlı olan son klubu 29 yaşlı müdafiəçi ötən mövsümü icarə əsasında "Sivasspor"da keçirib.
Qeyd edək ki, "Aris" - "Naxçıvan" oyunu iyulun 31-də keçiriləcək. Bakıdakı matçda "Araz-Naxçıvan" 2:1 hesabı ilə qalib gəlib.