AZ

Bankların və BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb

Bakı. Trend:

Cari ilin iyun ayının sonuna banklar tərəfindən kredit kartıvasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötənilin eyni dövü ilə müqayisədə 2 faiz bəndi artaraq 25% olub.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, məişət avadanlıqlarının alınması ilə bağlı olanistehlak kreditlərinin orta faiz dərəcəsi 1 faiz bəndi artaraq 26%,yaşayış sahəsinin təmiri ilə bağlı olan istehlak kreditlərinin ortafaiz dərəcəsi 1 faiz bəndi artaraq 17%, avtomobil kreditlərininorta faiz dərəcəsi 1 faiz bəndi artaraq 12%, digər istehlakkreditlərinin isə orta faiz dərəcəsi illik müqayisədə 2 faiz bəndiartaraq 21% olub.

Cari ilin yanvar-iyun aylarında Bank olmayan kredittәşkilatlarının (BOKT) verdiyi istehlak kreditlərinin orta faizdərəsəci isə 35% olub.

Seçilən
109
11
az.trend.az

10Mənbələr