AZ

Moodist Hospital daha bir mühüm elmi proqramı Bakıda reallaşdırdı FOTOLAR

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Ruh sağlığı sahəsində elmi bilik və təcrübələrini beynəlxalq səviyyədə paylaşmağa davam edən Moodist Hospital daha bir mühüm elmi proqramı Bakıda reallaşdırdı.Bakıda keçirilən elmi müzakirədə psixoz və şizofreniya sahəsində Türkiyənin aparıcı simalarından biri olan Moodist Hospitalın Uzman Psixiatrı Prof. Dr. Vehbi Alp Üçok müalicəyə rezisdent şizofreniya hallarının aktual qiymətləndirilməsi və müalicə yanaşmalarını iştirakçılarla bölüşüb.Azərbaycan və Türkiyənin önəmli həkim psixiatrların və psixi sağlamlıq mütəxəssislərinin iştirak etdiyi tədbirdə refrakter hallarda rast gəlinən problemlər, qeyri-farmakoloji variantlar və uzunmüddətli izləmə planlarının əhəmiyyəti önəmlə müzakirə olunub. İnteraktiv elmi müzakirə zamanı iştirakçı mütəxəssislər həmçinin klinik təcrübələrini bölüşmək və fikir mübadiləsi aparmaq imkanı əldə ediblər. Moodist Hospitalın ev sahibliyi etdiyi bu görüş, iki qardaş ölkə olan Azərbaycan və Türkiyə arasında digər sahələrdə olduği psixi sağlamlıq sahəsinin mütəxəssisləri arasında da daha güclü bağların qurulmasına töhfə verdi və müasir müalicə yanaşmalarının paylaşılmasına kömək etdi.Qeyd edək ki,Moodist Hospital ruh sağlığı sahəsində isxisaslaşmış Türkiyənin nüfuzlu özəl stasionar müalicə müassisələrindən biridir.Psixitariya,Nevrologiya və Asılılıq xəstəliklərinin müalicəsində müasir tibbi imkanlar,beynəlxalq elmi yanaşmalar,innovativ texnoloji müalicə prosedurları(EKT,TMS və s.) və stasionar müalicə imkanları ilə tibbi xidmətlər göstərir.Eyni zamanda Moodist Hospital Bakıda rəsmi nümayəndəlik olaraq fəaliyyət göstərir.

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
2
demokrat.az

3Mənbələr