AZ

Ötən ay orta sahibkarlığa verilən kreditlərin həcmi məlum olub

Bakı. Trend:

Cari ilin iyun ayının sonuna Azərbaycanda orta sahibkarlıqsubyektlərinə verilən kreditlərin həcmi 1,930 milyard manat təşkiledib.

Trend-inAzərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, ortasahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi cari ilin mayayının sonu ilə müqayisədə 11,4 milyon manat və ya 0,6% artıb.

Belə ki, may ayının sonunda Azərbaycanda orta sahibkarlıqsubyektlərinə verilən kreditlərin həcmi 1,919 milyard manatidi.

Qeyd edək ki, bu ilin iyun sonuna Azərbaycan banklarının bizneskredit portfelinin həcmi 15,144 milyard manat təşkil edib.

Xatırladaq ki, cari ilin 1 iyul tarixinə ölkədə fəaliyyətgöstərən orta sahibkarlıq subyektlərinin sayı 4 min 259 ədəddir.Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 2,1 faizini ortasahibkarlıq subyektləri təşkil edib. Onların əsas hissəsi “Ticarət;nəqliyyat vasitələrinin təmiri” (35,5%), “Tikinti” (14,2%), “Emalsənayesi” (11,1%) və “Peşə, elmi və texniki fəaliyyət” (5,1%)sahələrində yaradılıb.

Seçilən
88
7
az.trend.az

8Mənbələr