AZ

Tramp: ABŞ 50 gündən az müddətdə Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edə bilər

ABŞ Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi imkanını araşdırır...

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

"Biz bütün bu vəziyyəti nəzərdən keçiririk. Ola bilsin ki, Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməli olacağıq", - o qeyd edib.

Jurnalistin bunun 50 gündən az müddətdə baş vermə ehtimalı barədə dəqiqləşdirici sualına Tramp belə cavab verib: "Bəlkə də".

Poliqon.info 

Seçilən
36
4
poliqon.info

6Mənbələr